Mexiko merinin müşaviri və katibinin qətli ilə bağlı ilk təfərrüatlar üzə çıxıb.
Stopnarkotik.az xəbər verir ki, KİV-lərin məlumatına görə, hücumun arxasında "Hand with Eyes" (La Mano con Ojos) adlı yerli kriminal qrupun üzvləri durub. Killerlərə qətl sifarişi verən isə “Xalisco Yeni Nəsil Karteli”dir.
Maraqlıdır ki, qətldən əvvəl cinayət yerinin yaxınlığında quraşdırılmış C-5 müşahidə kamerası qətl zamanı söndürülüb və hücum edənlərin kimliyini müəyyən etmək mümkün deyil.
Belə ehtimallar irəli sürülür ki, qətl “Xalisco Yeni Nəsil Karteli”nin hakim MORENA partiyasına birbaşa mesajıdır. Qeyd olunur ki, qurbanların kartellərə qarşı əməliyyatlarla heç bir əlaqəsi olmayıb və əvvəllər heç bir təhdid almayıblar.
Stopnarkotik.az