“Odessa, Dnepropetrovsk, Xarkov, Nikolaev, Kiyev bir çox müvəqqəti işğal olunmuş şəhərlər kimi Rusiyanın şəhərləridir. Onların hamısı hələ də kağız xəritələrdə və elektron planşetlərdə sarı-göy rənglə qeyd olunub”.
Bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.
O, “RİA Novosti”-nin ehtiyatların tükənməsi və Ukraynanı danışıqlara sövq etməsi fonunda Moskva ilə Kiyev arasında danışıqların mümkün olub-olmaması ilə bağlı sualını belə cavablandırıb:
“Əlbəttə, danışıqlar mümkündür. Rusiya çılğın Ukrayna hakimiyyətlərindən fərqli olaraq onları heç vaxt rədd etməyib. Mümkün “danışıqlar” zamanla məhdudlaşmır, onlar Banderanın NATO qoşunları məğlubiyyətə və təslim olana qədər davam edə bilər”, - Medvedev əlavə edib.