Mask narkotik istifadə etdiyi haqda iddialara REAKSİYA VERDİ

Amerikalı milyarder İlon Mask ketamin preparatı qəbul etdiyini inkar edib.

Stopnarkotik.az xəbər verir ki, sahibkar amerikalı proqramçı Pol Qremin martın 22-də etdiyi paylaşımına münasibət bildirib.

Qeyd edək ki, Qrem Maskın çəngəl və qaşıqlardan kosmik gəmiyə bənzəyən fiqur hazırladığı video ilə bağlı paylaşım edib. O, videonun yuxarısında Maskın ketaminin təsiri altında olduğunu iddia edib.

Mask bu paylaşıma cavab olaraq yazıb ki, belə bir fiqur yaratmaq üçün ketaminə ehtiyac yoxdur.

"Mən ketamindən istifadə etmirəm", - Mask Qremin "X" sosial şəbəkəsindəki paylaşımına cavab olaraq yazıb.

Daha sonra Mask "X" sosial şəbəkəsində daha bir paylaşım edib və həmin yazıda o, "New York Times" qəzetinin ABŞ Prezidenti Donald Trampın ən yaxın adamlarından birinə çevrildiyi zaman onun narkotik qəbul etdiyi ilə bağlı məqaləsini tənqid edib.