Malayziyada 16 yaşdan kiçik şəxslərin sosial media hesabı açmasını qadağan edən qayda qüvvəyə minib.
Stopnarkotik.az xəbər verir ki, ölkədə Facebook, Instagram, TikTok və YouTube kimi platformalar üçün yaş təsdiqləmə sistemləri məcburi hala gətirilib.
Gəncləri sosial mediadakı zərərli məzmundan qorumağı hədəfləyən bu tədbir təxminən 8 milyon sosial media istifadəçisinə təsir göstərir.
Qaydalara əməl etməyən sosial media şirkətləri 2,5 milyon dollara qədər cərimə oluna bilər.
Stopnarkotik.az