Makron narkotik kartelləri ilə mübarizəyə başlanıldığını ELAN ETDİ

Fransa Prezidenti Emmanuel Makron narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə məsələlərini müzakirə etmək üçün Marselə səfəri zamanı ölkədə polis əməliyyatının başladığını açıqlayıb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Fransa Prezidenti "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində yazıb.

“Marseldə və Fransanın digər şəhərlərində biz narkotiklərin qanunsuz dövriyyəsinə son qoymaq və respublika qayda-qanunlarını təmin etmək üçün əməliyyata başlamışıq”, - o bildirib.