Krım körpüsünün partladılmasının müəllifi Kiyevdir-RƏSMİ ETİRAF

Kiyev 2022-ci ilin oktyabrında Krım körpüsünə zərbə endirdiyini etiraf edib. Stopnarkotik.az xəbər verir ki, bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar “Telegram” kanalında bildirib. Anna Malyar Ukrayna-Rusiya müharibəsinin 500 gününün nəticələrinə həsr olunmuş məqaləsində qeyd edib ki, Rusiyanın logistikasını pozmaq üçün Krım körpüsünə ilk zərbə endirilməsindən 273 gün keçib.

Bundan əvvəl mayın 27-də Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Malyuk dolayı olaraq Ukrayna xüsusi xidmət orqanlarının Krım körpüsünün dağıdılmasında iştirakını təsdiqləmişdi.

Stopnarkotik.az