Kreml separatçı rejimin rəsmən ləğv olunmasına münasibət bildirdi

Rusiya hökuməti Qarabağda mövcud olmuş qondarma rejimin rəsmən fəaliyyətini dayandırmasına reaksiya verib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, Kreml “tanınmamış "Dağlıq Qarabağ"ın mövcudluğunun dayandırılması haqqında” bəyanatı nəzərə alıb və vəziyyəti diqqətlə izləyir.

"Biz vəziyyəti nəzərə alır və diqqətlə izləyirik. Bu, ilk növbədə, təbii ki, humanitar aspektdə vacibdir. Bizim sülhməramlılarımız insanlara yardımlarını davam etdirirlər. İndi bir çox insan Ermənistan tərəfinə keçmək arzusunu bildirir, onlara dəstək verilir”, - deyə Peskov jurnalistlərə bildirib.

Jurnalistlər Peskovdan bu vəziyyətdə kimin günahkar olduğunu soruşublar.

“Çətin ki, kiminsə günahkar olduğunu söyləyək. Bu cür fəaliyyətlərin birbaşa səbəbi olmur. İnsanlar Qarabağı tərk etmək arzusunu ifadə ediblər. Burada əsas odur ki, məlum qərarları qəbul edənlər normal yaşayış şəraiti ilə təmin olunsunlar”, - Kreml nümayəndəsi bildirib.