BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi dünyada kokain istehsalının artması ilə açıqlama yayıb.
Stopnarkotik.az-ın İsrailin nizv.net saytına istinadən verdiyi məlumata əsasən, təşkilatın illik hesabatında göstərilir ki, 2021-ci ildən 2022-ci ilədək narkotik istehsalının əsas tərkib hissəsi olan “koka kolu”nun becərilməsi 35 faiz artıb ki, bu da 2016-cı ildən bəri rekord yüksək və ən kəskin illik artımdır. Məlumata görə, bu artım “koka” becərilməsinin artması və “koka”nın təmiz kokainə çevrilməsinin yaxşılaşmasının nəticəsidir.
Hesabatda həmçinin kokain qaçaqmalçılığının yeni mərkəzlərinin meydana çıxması xəbərdarlığı edilib, hansı ki, burada Cənub-Şərqi Avropa ilə Qərbi Afrika ölkələrinin tranzit stansiyaları rolunu oynayır, Antverpen ilə Hamburq kimi Şimal dənizi limanları İspaniya və Portuqaliya limanları hesabına Avropaya yeni kokain trafikinin əsas məntəqələri kimi çıxış edir.
"Qlobal kokain tədarükünün artması hamımızı yüksək ayıltmalıdır. Afrika və Asiyada kokain bazarının genişləndirilməsi potensialı təhlükəli reallıqdır. Mən hökumətləri və başqalarını bu sərhədləri aşan təhlükə ilə necə mübarizə apara biləcəyini müəyyən etmək üçün nəticələrə diqqətlə baxmağa çağırıram”, - deyə BMT agentliyinin direktoru Haada Vali deyib.
Stopnarkotik.az