İranda siyasi problemlərlə bağlı etirazlar artmaqdadır.
Ölkədə tüğyan edən siyasi böhran azmış kimi, repressiv rejim insanları sosial-iqtisadi basqılar altında da saxlamağa çalışır.
Amma müxtəlif peşə sahibləri, ziyalılar, pensiyaçılar ümumilikdə xalq tez-tez aksiyalar keçirərək rejimin sərt idarəçilik sisteminə öz etirazını bildirir. Son günlərdə isə narazı müəllimlər etiraz aksiyaları keçirirlər.
Belə aksiyalardan biri Kirmanşah şəhərində təşkil olunub. Hüquqları pozulan müəllimlər küçələrə axışaraq yolu bağlayıblar. Etirazçılar "Xameneiyə ölüm olsun!", "Azadlıq, azadlıq!" şüarları səsləndiriblər.
Qeyd edək ki, ötən ilin sentyabr ayında Məhsa Əmini faciəsindən sonra İranı kütləvi iğtişaşlar və aksiyalar dalğası bürüyüb. İnsanlar tez-tez meydanlara toplaşaraq azadlıq, tapdalanan hüquqlarının bərpasını tələb edirlər.