Bakıda "Albatros” kafesində qadını döyən şəxsin məhkəmə işi yekunlaşıb.
Stopnarkotik.az qaynarinfo-ya istinadən xəbər verir ki, 1991-ci ildə Bakı şəhərində anadan Kənanla (şərti) tanışı Elnarə (şərti) kafenin kabinetində şəxsi münasibətlər zəminində mübahisə edib.
Mübahisə zamanı təqsirləndirilən şəxs qəsdən yumruqla sonuncunun sol göz nahiyəsindən vuraraq, ona sol və sağ göz yuvalarının yumuşaq toxumalarının şişkinlik halında əzilməsi ilə müşaiyət olunan hematomaları, sol gözün ağlı qişası altında geniş sahəli qansızma, sağ dirsək oynağının arxa səthinin sıyrıqları ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirib.
Elnarə DİN-nin 102 xidmətinə zəng edib. Kənan saxlanılaraq barəsində protokol tərtib edilib və iş məhkəməyə göndərilib.
Məhkəmədə tərəflər bir-birlərinə barışıq elan etdiblər. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Kənan həmin Məcəllənin 128-ci maddəsi ilə sadələşdirilmiş icraat materialı üzrə cinayət məsuliyyətindən azad edilib və iş üzrə icraata xitam verilib.