Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu Adam yeni orden və medalla təltif edilib. İndi onun kolleksiyasında doqquz dövlət mükafatı var.
Bu barədə Rusiya mətbuatı xəbər verir.
Çeçenistanın milli siyasət naziri Əhməd Dudayev bildirib ki, Adam Kadırov Rusiyanın “Əmək şücaəti” ordeni və Rusiya Xüsusi Təyinatlı Qüvvələri Universitetinin inkişafına töhfəyə görə medalı ilə təltif edilib. Mükafatlandırma mərasimi Rusiya Xüsusi Təyinatlı Qüvvələri Universitetində baş tutub.
Avqust ayında Adam Kadırov Quranı yandırmaqda ittiham olunan 19 yaşlı Nikita Juravelin istintaq təcridxanasında döyülməsində iştirak edib. Bundan sonra Rusiyanın bir sıra bölgələrinin səlahiyyətliləri ona mükafatlar təqdim etdilər və Çeçenistanda təhlükəsizlik şöbəsinin rəisi təyin edildi.
Bəzi iddialara görə, Ramzan Kadırov onu öz yerinə hazırlayır.