İtkin düşmüş kimi axtarışda olan 14 nəfər tapıldı - RƏSMİ AÇIQLAMA

Ötən gün itkin düşmüş 14 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, martın 24-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 14 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.