İsraildə qaçqınların iştirakı ilə qarşıdurma: 100-dən çox yaralı var

İsrailin paytaxtı Təl-Əvivdə Eritreyadan olan qaçqınların iştirak etdiyi iğtişaşlar nəticəsində 100-ə yaxın insan xəsarət alıb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə "The Times of Israel" nəşri yazıb.

Bildirilir ki yaralılardan ən azı 8-nin vəziyyəti ağırdır.

Məlumata görə, sentyabrın 2-də Eritreya səfirliyinin təşkil etdiyi tədbirin keçirildiyi yerdə iğtişaşlar başlayıb. Aksiyada Eritreyadakı mövcud hakimiyyətin əleyhdarları gəlib, tədbirin keçiriləcəyi zalı dağıdıb, mağazalara, maşınlara ziyan vurublar.

Eritreyadakı rejim tərəfdarları və onun əleyhdarlarının iştirakı ilə baş verən iğtişaşlara polis müdaxilə edib, təhlükəsizlik qüvvələri atəş açıb.

Hazırda toqquşmaların qurbanlarının dəqiq sayı dəqiqləşdirilir, lakin bu, artıq 100 nəfəri ötüb. 

İsrail polisinin mətbuat xidməti izdihamın dağıdılması zamanı 27 hüquq-mühafizə orqanının yaralandığını bildirib.

İsrailin baş naziri Benyamin Netanyahunun ofisi bildirib ki, ölkə hökumətinin başçısı artıq insidentlə bağlı məlumatlandırılıb və “mütəmadi olaraq Təl-Əvivdəki iğtişaşlarla bağlı Milli Təhlükəsizlik Naziri və Baş Polis Müfəttişindən hesabatlar alır”. Netanyahu hüquq-mühafizə orqanlarından Tel-Əvivdə “asayişi mümkün qədər tez bərpa etməyi” xahiş edib.