İsrail və HƏMAS razılığa gəldi - ATƏŞKƏS RAZILAŞMASI QÜVVƏYƏ MİNDİ

İsraillə HAMAS arasında atəşkəs razılaşması qüvvəyə minib.

Stopnarkotik.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

Bildirilib ki, Qəzza zolağında atəşkəs bu gün yerli vaxtla saat 12-dən etibarən qüvvəyə minib.

Qeyd edək ki, ötən gecə HAMAS-la İsrail arasında atəşkəs əldə olunub.

Atəşkəs razılaşmasına əsasən, İsrail qoşunlarının çıxarılmasını, anklava humanitar yardımın daşınmasını və israilli girovların fələstinli məhbuslarla dəyişdirilməsini nəzərdə tutur.