İsrail prezidenti Livanı hədələdi - “BU HALDA DƏHŞƏTLİ BƏDƏL ÖDƏYƏCƏKLƏR…”

Yəhudi dövlətinin prezidenti İsaak Hersoq İsrailə səfər edən Fransa prezidenti Emmanuel Makronla görüşüb.

O, bu görüşdə bildirib ki, “Hizbullah” İsrailə qarşı genişmiqyaslı müharibəyə başlamaq qərarına gələrsə, Livan dəhşətli bədəl ödəyəcək.

Bundan əvvəl ABŞ-ın dövlət katibi Antoni Blinken Livanın baş naziri ilə söhbətində Livan tərəfini İsraillə sərhəddə eskalasiyaya qarşı xəbərdarlıq etmişdi.