İsrail Dəməşqi raket atəşinə tutdu: SEPAH generalı və daha 4 zabit öldü

İsrailin Dəməşqə raket hücumu nəticəsində İran İnqilab Keçikçiləri Qvardisyanın (Sepah) Qüds qoşununun generalı və daha 4 zabiti ölüb.

Stopnarkotik.az TASS-a istinadən xəbər verir ki, Sepah məlumatı təsdiqləyib.

Bildirilib ki, Qüds qoşununun kəşfiyyat xidmətinin komandiri general Yusif Ümidzadə və daha 4 zabit Dəməşqin qərbində yerləşən Mezze məhəlləsinə endirilən raket zərbələrin nəticəsində ölüb.

Məlumata görə, hücum 3 təyyarə ilə reallaşdırılıb. İran zabitlərinin qaldığı 4 mərtəbəli bina tamamilə dağılıb.