İspaniyanın hüquq-mühafizə orqanları Santander (Kantabriya muxtar icması) sahillərində göyərtəsində iki ton kokain olan yelkənli qayığı ələ keçiriblər.
Məlumata görə, gəmi Böyük Britaniya bayrağı altında üzürmüş. Müsadirə edilən narkotik vasitələrin qara bazarda dəyəri 70 milyon avro qiymətləndirilib.
Qeyd edək ki, kokainin İspaniya sahillərinə Cənubi Amerikadan gəldiyi güman edilir.
Mənbə: TASS