“TikTok”da söyüş söyən daha bir şəxs saxlanıldı

Oğuz rayonunda polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə sosial şəbəkədə qeyri-etik və əxlaqsız ifadələr işlədən 27 yaşlı M.Cəfərov saxlanılıb. 

Stopnarkotik.az lent.az-a istiandən xəbər verir ki, o, “Yeraz” adlı “TikTok” hesabında canlı yayım açaraq əxlaq normaları ilə bir araya sığmayan hərəkətlərə yol verib.

Həmin şəxs barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.