İsrail Müdafiə Qüvvələri (The Israel Defence Forces - IDF) ötən gecə İordan çayının qərb sahili bölgəsinin şimal hissəsində həyata keçirdiyi hərbi əməliyyatlar zamanı 4 nəfəri öldürüb.
Bu barədə Fələstinin rəsmi “Wafa” xəbər agentliyi məlumat yayıb.
Hücum zamanı ən azı 12 nəfərin yaralandığı da qeyd olunub.
Öldürülən şəxslərin arasında Fələstinin “İslami Cihad” təşkilatının yerli qruplarından birinin səhra komandiri Ayser Mohammad Al-Amer olduğu bildirilib.
Həmçinin əlavə edək ki, "The Times of İsrael" nəşrinin yazdığına görə, İsrail Müdafiə Qüvvələri tərəfindən məlumat rəsmi şəkildə təsdiqlənib.