İranda polislər gənci güllələdi, kənd sakinləri ayağa qalxdı - FOTO/VİDEO

İranın Bəndər-Abbas şəhərində sakinlər aprelin 22-də güllələnərək öldürülən gənclə bağlı valilik binası önündə etiraz aksiyası keçiriblər.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Məlumata görə, polis qüvvələri avtomobilində qaçaq yanacaq daşıdığı ehtimal olunan gənci təqib ediblər və avtomobilinə atəş açıblar. Bu zaman güllələrdən biri ona dəyib.

Aksiyaçılar valilik binası qarşısında toplaşaraq şəhər rəsmilərindən izahat tələb ediblər.