İranda polis idarəsinə hücum: ÖLƏNLƏR VAR - VİDEO

Bu gün səhər saatlarında bir qrup silahlı şəxs İranın cənub-şərqində yerləşən Rask şəhərində polis idarəsinə hücum edib.

Nəticədə 12 polis əməkdaşı öldürülüb.

Polislərin öldürülməsi barədə məlumatı İranın Sistan və Bəlucistan əyalətinin qubernatorunun müavini də təsdiq edib.

Hadisədən dərhal sonra “Ceyş əl-Zalm” terror qruplaşması hücuma görə məsuliyyəti öz üzərinə götürüb.