İranda naməlum şəxslər polisə atəş açdı, biri öldü, ikisi yaralandı…

İranın Kirman vilayətinin Baft şəhərində naməlum şəxslər polis əməkdaşlarına atəş açıb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.

Bildirilib ki, axşam saatlarında Baft şəhərində naməlum şəxslərin atəş açması nəticəsində bir polis zabiti öldürülüb, ikisi yaralanıb.

Yaralılar Baft xəstəxanasına yerləşdirilib.