"İrana zərbələrimiz dağıdıcı idi, müharibə davam etməyəcək" - TRAMP

ABŞ Prezidenti Donald Tramp İsrail və İran arasında müharibənin davam etməyəcəyini deyib.

Stopnarkotik.az apa-ya istinadən əbər verir ki, Tramp NATO sammitindən sonra mətbuata verdiyi açıqlamalarda müharibənin bitdiyini və ölkələrin bir-birinə hücum etməyəcəyini düşündüyünü bildirib.

“Düşünürəm ki, zərbələrimiz dağıdıcı idi. Xirosima və Naqasakiyə baxdıqda deyə bilərik ki, o hücumlar da müharibənin bitməsinə rol oynadılar. Amma bu müharibə fərqli yolla bitirildi”, - Tramp qeyd edib.

O əlavə edib ki, hücumlardan əvvəl İranın öz uran ehtiyatını təsisatlardan başqa yerlərə köçürdüyü xəbərlərinə inanmır.