İran XİN Ermənistan-ABŞ təlimlərinə reaksiya verdi

İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı baş tutub.

Bu barədə İran XİN məlumat yayıb.

İran XİN başçısı Mirzoyanla telefon danışığında Ermənistan və ABŞ arasında keçirilən hərbi təlimlərə toxunaraq regionda hər hansı xarici qüvvələrin mövcudluğunu regionda vəziyyəti çətinləşdirən amil kimi qiymətləndirib.

Xarici işlər naziri regional dialoqlar və mexanizmlər, o cümlədən "3+3" formatı vasitəsilə hərtərəfli sülhə nail olmağın ən səmərəli yol olduğunu vurğulayıb.