İran ordusu Ermənistan-Azərbaycan sərhədinə öz müşahidəçilərini göndərməyə hazırdır.
Bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
Nəşr yazır ki, təklifi Silahlı Qüvvələrin Baş Qərargah rəisi Məhəmməd Baqiri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşdə bəyan edib.
O, Cənubi Qafqazda gərginliyin qalmasının təkcə Bakı və İrəvanın deyil, regionun digər ölkələrinin də maraqlarına uyğun olmadığını vurğulayıb.
“Bu baxımdan İran Ermənistan-Azərbaycan sərhədinə öz müşahidəçilərini göndərməyə hazırdır”, - Baqiri qeyd edib.
Xatırladaq ki, dünən İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin rəsmisi Naser Kanani ölkəsinin Qarabağdan köçən ermənilərə yardım göndərməklə bağlı planlarını açıqlamışdı./azvision.az