İsrail Müdafiə Qüvvələrinin (CAXAL/IDF) Hərbi Kəşfiyyat İdarəsinin rəisi, general-mayor Şlomi Binder bildirib ki, israilli kəşfiyyatçılar İranın müdafiəsini yararaq Tehrana doğru hücum üçün yol açıblar. Onun sözlərini İsrailin nüfuzlu “The Jerusalem Post” nəşri yayıb.
Şlomi Binder əməkdaşları ilə görüşündə qeyd edib ki, kəşfiyyat orqanlarının fəaliyyəti davam edəcək və yaxın gələcəkdə daha strateji İran hədəflərinə yönələcək: “Əməliyyatlarımız yalnız bir cəbhədə aparılmır. İranla yanaşı, Qəzzadakı girovlarla bağlı məsələlərə və cəbhə bölgəsindəki əsgərlərimizə də xüsusi diqqət yetiririk”.
General-mayor kəşfiyyat əməkdaşlarına müraciətində onların çiynində böyük məsuliyyət olduğunu da vurğulayıb: “Sizin missiyanız çətindir. Raket hücumları barədə vətəndaşlarımızı vaxtında məlumatlandırmaq sizin öhdənizə düşür. Bu sayədə insanlar təhlükəsiz ərazilərə vaxtında təxliyə olunacaq və həyatlarını qurtara biləcəklər. Sizin üçün isə artıq geri dönüş yoxdur – yalnız irəli getməlisiniz!”
Qeyd edək ki, İsrail son günlərİsrailin həm hökumət rəsmiləri, həm də kəşfiyyat nümayəndələri təxribat xarakterli açıqlamalarla Tehrana mesajlar göndərirlər./azpolitika.info