Belarusda İranın “Şahed” PUA-larının istehsalına başlana bilər. Stopnarkotik.az xəbər verir ki, bu məqsədlə iranlı mühəndislər Belarusdakı “Qomel Radio Zavodu”nda olublar.
Ekspertlər bildirir ki, burada istehsal baş tutarsa, Rusiya Federasiyası üçün kamikadze dronlarını Belarusdan daşımaq daha asan olacaq.
Bu arada İran Müdafiə Nazirliyinin xarici əlaqələr şöbəsinin rəhbəri Qələndəri İran silahlarının “oyun qaydalarını dəyişdirməsi” ilə öyünüb. O qeyd edib ki, İran digər ölkələrə maddi mənfəət üçün deyil, “dini və inqilabi ideallarına əsaslanaraq” silah satır.
Stopnarkotik.az