Britaniya “bölgədə təcili yardım üçün” hərbi aktivlərini, o cümlədən təyyarələrini Yaxın Şərqə köçürür. Bu barədə ölkənin baş naziri Starmer jurnalistlərə bildirib.
O, keçən il olduğu kimi İranın hücumu zamanı İsrailə hərbi dəstək verəcəyini istisna etməyib, eyni zamanda bu məsələ ilə bağlı “təfərrüatlara varmaqdan” imtina edib.
Hökumət başçısı həmçinin Britaniyanın İsrailin İrana zərbələri barədə əvvəlcədən xəbərdar edilməməsi ilə bağlı xəbərləri şərh etməkdən imtina edib.
Bundan əvvəl İran ABŞ, Fransa və Böyük Britaniyaya müdaxilə edəcəyi və Tehranın İsrailə endirdiyi zərbələri dayandırmağa çalışacağı təqdirdə Yaxın Şərqdəki hədəflərinə hücum edəcəyi barədə xəbərdarlıq etmişdi.
Ülviyyə