"İndi seçki qutularından möhkəm yapışmağın vaxtıdır" - ƏRDOĞAN SEÇKİLƏRİN BAŞA ÇATMASI HAQDA

"Səsvermə prosesi Allaha şükür demokratiyamıza yaraşan şəkildə tamamlandı”.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib ƏrdoğanTwitter tviterdə bildirib.

O, deyib ki, həmişə olduğu kimi, indi seçki qutularından möhkəm yapışmağın vaxtıdır: “Nəticələr qəti olana qədər millətimizin iradəsini qorumağa davam edirik!.."

Qeyd edək ki, Türkiyədə prezident və parlament seçkilərində səsvermə başa çatıb. Hazırda ölkədəki seçki məntəqələrində səslərin sayılmasına başlanılır. İlkin nəticələrin yaxın saatlarda açıqlanacağı gözlənilir.