İranın yüksək vəzifəli rəsmiləri nüvə silahının ilk sınaqlarını keçirməyə hazır olduqlarını bəyan ediblər.
Stopnarkotik.az "azpolitika"ya istinadən xəbər verir ki, bu dəfə İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Cavad Kərimi Kudusi sosial media hesabından etdiyi paylaşımda İranın ilk nüvə silahı sınağına hazır olduğunu dolayısı ilə bəyan edib.
O, həmin paylaşımında yazıb ki, razılıq verilərsə, bir həftə ərzində ilk nüvə sınağı həyata keçirilə bilər.
Qeyd edək ki, Kudusi əvvəlki açıqlamalarında İranın mümkün hərbi nüvə proqramının hədəfinin təkcə İsrailin deyil, onu dəstəkləyən Avropa ölkələrinin də əhatə edəcəyini bildirmişdi.