Siyəzən Rayon İcra Hakimiyyətinin (RİH) başçısı özünə yenicə götürdüyü köməkçisini vəzifədən azad edib.
Bununla bağlı icra başçısı Novruz Novruzov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Balabəy Balabəyov icra başçısının köməkçisi vəzifəsindən azad olunub.
Məlumata görə, o, dövlət qulluğunda olmanın yaş həddinə çatması ilə əlaqədar olaraq təqaüdə yola salınıb. Bugünlərdə onun 65 yaşı tamam olub.
Xatırladaq ki, B.Balabəyov uzun müddət RİH-də çalışıb. O, əvvəllər RİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini (dini qurumlarla işin təşkilatçısı) işləyib. Ötən ay struktur dəyişikliyindən sonra onun vəzifəsi ixtisara düşdüyündən başçının köməkçisi təyin edilib./iqtisadiyyat.az