"Hərbi əməliyyatlar bir həftəlik dayandırılsın" - İsraildən HƏMAS-a təklif

İsrail əsirlərin azad edilməsi ilə bağlı yeni saziş çərçivəsində HƏMAS-a bir həftəlik hərbi əməliyyatları müvəqqəti dayandırmağı təklif edib.

Mənbə iddia edir ki, təklif İsrailin Mossad kəşfiyyat agentliyinin rəhbəri David Barnea tərəfindən irəli sürülüb.

O qeyd edib ki, məqsəd hazırda HƏMAS-ın girovluğunda olan 40-a yaxın əsirin azad edilməsinə nail olmaqdır.

Xatırladaq ki, HƏMAS və İsrail arasında sonuncu - üçüncü girov mübadiləsi noyabrın 28-də baş tutub.

Mənbə: Axios