HƏMAS Beyrutda 7 nümayəndəsinin öldürüldüyünü AÇIQLADI

İsrailin dron hücumu nəticəsində Livanın paytaxtı Beyrutda HƏMAS-ın yüksəksəviyyəli nümayəndələri olmaqla yeddi üzvü ölüb.

Bu barədə HƏMAS teleqramda bildirib.

Siyasi büro sədrinin müavini Saleh əl-Arurinin ölümünü etiraf edən Fələstin təşkilatı insidentdə ümumilikdə yeddi nümayəndəsinin həlak olduğunu açıqlayıb.

Onların arasında “İzzəddin əl-Qəssam” briqadasının komandiri Əbu Amer kimi tanınan Samir Fəndi də olub.