Daha 13 israilli girovu Qəzzada Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verilib.
Stopnarkotik.az xəbər verir ki, bu barədə İsrail televiziyasının "12-ci kanalı" məlumat yayıb.
Beləliklə, 20 girovun hamısı azad edilib.
İsrail Müdafiə Ordusu Beynəlxalq Qızıl Xaç Komitəsindən (BQXK) ona 7 israilli girovun təhvil verildiyinə dair məlumat alıb.
Bu barədə "Times of Israel" məlumat yayıb.
Qətərin "Al-Araby" kanalı bildirib ki, hazırda HƏMAS-ın hərbi qanadı Qəzza şəhərində israilli girovları Qızıl Xaç Komitəsinə təhvil verir.
HƏMAS mübadilə prosesinin çəkilişini qadağan edib.