Livanın “Hizbullah” təşkilatının baş katibinin müavini Şeyx Naim Kassem bildirib ki, İsrail Qəzza zolağında quru əməliyyatı keçirməsinə görə yüksək bədəl ödəyəcək.
Stopnarkotik.az “Arab News”-a istinadən xəbər verir ki, Livan qrupu artıq “döyüşün tam ürəyindədir”.
“Biz artıq sərhəddə təzyiq yaratmaqla və düşməni burada bir neçə diviziya saxlamağa məcbur etməklə müharibənin gedişinə təsir göstəririk. Həqiqətənmi düşünürsünüz ki, Fələstin müqavimətini əzmək istəyərkən başqaları da boş oturacaqlar?” - Kassem deyib.
70 yaşlı şeyx quru əməliyyatı başlasa, qruplaşmanın döyüşə girəcəyini bildirib.
İsrail mediası qeyd edir ki, ölkənin şimal sərhədində vəziyyət qızışır, İsrail və “Hizbullah” bir-birlərinə zərbələr endirirlər. Lakin indiki mərhələdə tərəflərdən heç biri genişmiqyaslı hərbi əməliyyata başlamağa hazır deyil.
Stopnarkotik.az