Həbs olunan generalın səsyazısı yayıldı: "PUTİNƏ DEYƏCƏM"

Rusiya Silahlı Qüvvılərinin 58-ci Ordusunun keçmiş komandiri, general-mayor İvan Popovun hərbi rəhbərliyə həqiqəti söylədiyinə görə şərləndiyi iddia olunur.

2023-cü il iyulun əvvəlində vəzifəsindən uzaqlaşdırılan Popovun həmkarları ilə vidalaşdığı və qapalı söhbətdə işdən çıxarılmasının səbəblərindən danışdığı audioyazı yayılıb. Sonradan həmin səsyazısını Dövlət Dumasının “Vahid Rusiya”dan olan deputatı Andrey Qurulev özünün Teleqram kanalında dərc edib.

Popov müraciətində vəzifədən həqiqətləri söylədiyinə görə uzaqlaşdırıldığını iddia edib. Generalın sözlərinə görə, o, Baş Qərargah rəisi Valeri Gerasimova cəbhə xəttində (Poloqovski rayonunda) yerləşən bölmələrin itkilərə görə rotasiyaya ehtiyacı olduğunu, təchizat, əks-batareya döyüşü və artilleriya-kəşfiyyat stansiyalarında problemlərin olduğunu bildirib. Buna cavab olaraq Gerasimov generalı təşvişə düşməkdə və şantajda ittiham edib. Popovun sözlərinə görə, şantaj dedikdə, Gerasimov general-mayorun bütün məlumatları şəxsən Vladimir Putinə ötürəcəyi ilə bağlı təhdidini nəzərdə tutub.

Who is Russia’s new Ukraine war commander Valery Gerasimov?

“Rəhbərliklə çətin vəziyyət yarandı: ya susmaq, onların eşitmək istədiklərini söyləmək, ya da hər şeyi öz adı ilə çağırmaq lazım idi. Sizin və bütün həlak olmuş hərbçi dostlarımızın naminə mənim yalan danışmağa haqqım yox idi, ona görə də bu gün orduda döyüş işi və təminat üzrə mövcud olan bütün problemli məsələləri açıqladım. Hər şeyi öz adı ilə çağırdım, diqqəti ən vacib şeyə – müasir müharibənin faciəsinə yönəltdim”, – deyə Popov audioda bildirib.

Onun sözlərinə görə, böyük rəislər özlərinə təhlükə hiss etdikləri üçün bir günün içində işıq sürətilə böhtan kampaniyasına başladılar və ondan xilas oldular: “Bu gün bir çox diviziya komandirlərinin dediyi kimi, ordumuzu cəbhədən Ukrayna silahlı qüvvələri çıxara bilmədi, lakin böyük rəisimiz ən çətin və gərgin məqamda xaincəsinə və alçaqcasına arxadan vuraraq ordunun başını kəsdi”.

Popov əlavə edib ki, vəzifəsindən məhz “açıq və son dərəcə sərt” ritorikasına görə uzaqlaşdırılıb. Bu, Qerasimovla söhbətdən sonra 24 saat ərzində baş verib. Popov ovaxtkı müdafiə naziri Sergey Şoyqunun qərarı ilə Suriyaya göndərilib.

Qeyd edək ki, Popovun həbs olunması xəbəri bu il mayın 21-də məlum olub. 235-ci Qarnizon Hərbi Məhkəməsi onu dələduzluq ittihamı üzrə həbs edib. İstintaqın məlumatına görə, Popov humanitar yardım çərçivəsində qəbul edilən və Zaporojye vilayətində istehkamların tikintisi üçün nəzərdə tutulan 2 min tona yaxın metal məmulatı satıb.

2-ci Qərb Rayon Hərbi Məhkəməsi onun barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi üçün müdafiə tərəfinin arqumentlərini yetərsiz sayaraq, generalın ev dustaqlığına buraxılması barədə vəsatəti rədd edib. Popov məhkəmənin qərarını təbəssümlə qarşılayıb.

Xatırladaq ki, 49 yaşlı general-mayor 2023-cü ilin yayında Cənub Hərbi Dairəsinin 58-ci Birləşmiş Silahlı Qüvvələrinin komandanı kimi Ukrayna Silahlı Qüvvələrinin əsas zərbəni endirdiyi Zaporojye istiqamətində müdafiəyə rəhbərlik edirdi. O zaman Ukrayna Silahlıq Qüvvələrinin əks-hücumunun qarşısı alınmışdı. Baş Qərargah rəisi Valeri Gerasimov geneların uğurları barədə Vladimir Putinə şəxsən məlumat vermişdi./konkret.az