İstanbul Hava Limanında bir sərnişinin çamadanından 22,5 kiloqram marixuana müsadirə edilib. Saxlanılan şəxs xaricdən İstanbul hava limanına İspaniya pasportu ilə gəlibmiş.
Müsadirə edilən narkotikin bazar dəyəri təxminən 20 milyon 300 min Türk Lirəsi olaraq qiymətləndirilir. Nəzarətə alınan şübhəli həbs edilib.
Ticarət Nazirliyinin nəzdindəki Gömrük Mühafizəsi Qaçaqmalçılıq və Kəşfiyyat qrupları risk təhlili tədqiqatlarının bir hissəsi olaraq xaricdən təyyarə ilə İstanbul Hava Limanına gələn bir sərnişini yaxından izləyiblər. Qruplar İspaniya pasportu olan sərnişini baqaj qəbulu sahəsində müəyyən edib və şübhəlini ətraflı axtarış üçün Gömrük Mühafizəsi bölməsinə aparıblar.
Stopnarkotik.az