HAMAS bu gün daha 12 girovu azad edəcək - HAMISI BU ÖLKƏNİN VƏTƏNDAŞIDIR...

HAMAS oktyabrın 7-də İsrailə qəfil hücumu zamanı girov götürdüyü Tailand vətəndaşlarını da azad edəcək.

"Times of Israel" xəbər verir ki, bu barədə Misirin hökumət mediası məlumat yayıb.

Bildirilib ki, Misir yaxın dəqiqələrdə azad ediləcək 13 israilli girovla yanaşı, HAMAS-ın 7 oktyabr terror hücumu zamanı oğurlanmış 12 taylandlı girovu azad etmək üçün HAMAS-la uğurla danışıqlar aparıb.

12 girovun bu gün azad ediləcəyi bildirilib.

Tailandın Baş naziri Srettha Thavisin ölkə vətəndaşlarından 12-nin azad ediləcəyini təsdiqləyib. Rəsmi Banqkok bildirir ki, 7 oktyabrda onun 26 vətəndaşı girov götürülüb.