Tbilisidə parlament binasının girişlərini bloklamağa çalışan etirazçılarla polis arasında qarşıdurma olub.
Stopnarkotik.az xəbər verir ki, səhər saatlarında polis nümayişçilərdən ərazini tərk etmələrini və nümayişi parlament binasının qarşısında keçirməyi tələb edib.
Etirazçıların polisin tələbini yerinə yetirməməsindən sonra ərazidə gərginlik yaranıb. Polisin gözyaşardıcı qazdan istifadə etdiyi bildirilir.
Əraziyə çox sayda xüsusi təyinatlı polis dəstələri, həmçinin su şırnağı cəlb olunub. Saxlanılanların olduğu bildirilir.
Qeyd edək ki , Gürcüstan parlamentinin Hüquqi məsələlər Komitəsi bu gün hakim partiyanın təqdim etdiyi "xarici təsir" qanununu üçüncü oxunuşda nəzərdən keçirəcək.
Etirazçılar müzakirəyə mane olmaq məqsədilə depuatların parlamentə daxil olmasının qarşısını almaq üçün ötən gün saat 22:00-dan binanın girişlərinə toplanaraq toplanaraq gecəni ərazidə keçiriblər./apa