Gürcüstanda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizədə əsas problem narkotiklərin onlayn satışıdır. Bu barədə ölkənin Baş Prokurorluğun hesabatında deyilir.
2024-cü ildə onlayn narkotik alveri ilə məşğul olan 85 nəfər həbs edilib ki, onların da əksəriyyəti xarici vətəndaşlar olub.
Ümumilikdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 174 nəfərə qarşı cinayət işi açılıb.
Narkotik vasitələrin idxalı ilə bağlı 71 nəfər, o cümlədən xarici ölkə vətəndaşları və Gürcüstan vətəndaşları ittiham olunub, onlardan 58-i müxtəlif yollarla Gürcüstana külli miqdarda kokain, heroin, buprenorfin, metadon və s. narkotik vasitə gətiriblər.
Stopnarkotik.az