Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkə Prezidenti Salome Zurabişvilini dövlətə xəyanətdə ittiham edib.
Bu barədə İ. Kobaxidze Müstəqillik Günü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib.
“Xalqın və onun seçdiyi hökumətin birliyi və mənalı addımları bizə son iki ildə ekzistensial təhlükələrə və müxtəlif xəyanətlərə, o cümlədən prezidentə xəyanətə baxmayaraq, ölkədə sülhü qoruyub saxlamaq imkanı verib.
Gürcüstanın ən yaxın tarixi və müasir dünyada gedən proseslər bizə xüsusilə aydın şəkildə göstərdi ki, suverenlik ölkənin təhlükəsizliyinin ən səmərəli təminatıdır”, - deyə o bildirib.
Baş nazir vurğulayıb ki, hazırda Gürcüstan üçün öz dövlət müstəqilliyini qorumaq xüsusilə vacibdir./report