Gürcüstanda torpaq sürüşməsi - 16 nəfər dağıntılar altında qaldı

Gürcüstanın qərbindəki Şovi kurortunda torpaq sürüşməsi baş verib.

Stopnarkotik.az yerli mətbuata istinadən xəbər verir ki, 6-sı uşaq olmaqla 16 nəfər dağıntılar altında qalıb.

“Sunset Shovi” hotelinin yaxınlığında baş verən hadisə yerinə xilasedicilər cəlb edilib, əraziyə xüsusi texnika, o cümlədən iki sərhəd polis helikopteri göndərilib.

Yerli sakinlərin sözlərinə görə, vəziyyət çox ağırdır - dağın böyük hissəsi uçub, kotteclər və ətraf ərazilər dağılıb. Məlumata görə, sel Şoviyə gedən yolu da bağlayıb.

Daxili İşlər Nazirliyi qurbanlar barədə məlumatın olmadığını bildirir.