Gürcüstanda "qanuni oğru"lar həbs edildi

Gürcüstanda “oğru dünyası” ilə əlaqəyə görə 26 nəfər həbs edilib. Təqsirləndirilənlərdən üçü “qanuni oğru”dur.

Stopnarkotik.az xəbər verir ki, həbslər Tbilisi, İmereti və Sameqreloda keçirilib və daha dörd nəfərə qarşı qiyabi ittiham irəli sürülüb. Həbs olunanları 15 ilə qədər həbs gözləyir.
Ölkənin Daxili İşlər Nazirliyindən verilən məlumata görə, həbs olunanlar pul müqabilində xaricdə yaşayan “qanuni oğru”larla əlaqə saxlayıb və “oğru razborkaları” təşkil etməklə digər şəxslərin maliyyə mübahisələrinin həllində köməklik ediblər.
Axtarışlar zamanı saxlanılan şəxslərin xaricdəki “qanuni oğrularla” əlaqə saxlamaq üçün istifadə etdikləri kompüter və mobil telefonlar, həmçinin silah, patron, giliz və marixuana götürülüb.

Stopnarkotik.az