Gürcüstanda ömürlük həbsə daha 4 narkotik alverçisi getdi

Gürcüstanda narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunaraq 4 Ukrayna vətəndaşı saxlanılıb. 

Mayın 2-də axtarış zamanı 2 nəfərdən 50 ədəd qablaşdırılmış metadon götürülüb. Mayın 4-də isə 2005-ci il təvəllüdlü daha iki şübhəlinin üzərində xüsusilə külli miqdarda 103 bağlama (çəkisi bildirilmir) narkotik metadon aşkar edilib. Onları 20 ilə qədər həbs və ya ömürlük həbs gözləyir. 

Stopnarkotik.az