Gürcüstan Saakaşvilinin Ukraynaya transferini istisna edir

Gürcüstan parlamentinin birinci vitse-spikeri Georgi Volski eks-prezident Mixail Saakaşvilinin Ukraynaya köçürülməsini qeyri-mümkün adlandırıb.

Volski bu barədə TASS-a açıqlamasında bildirir.

“Sizin ərazinizdə cinayət törətmiş şəxsi Ukraynaya təhvil vermək istəyi necə ola bilər? Mən dəqiq bilirəm ki, o, Ukraynadakı partiyasının sıralarına qoşulacaq və heç kim ondan vaxtilə sərhədi qanunsuz keçməsi haqda cavab istəməyəcək”, - deyə o, əlavə edib.

**