Göygöldə yol-nəqliyyat hadisəsi baş verib. Məlumata görə hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Niva" və "Chevrolet" markalı minik avtomobilləri toqquşub.
Qəza nəticəsində 2000-ci il təvəllüdlü Ə. İsmayılov, 2005-ci il təvəllüdlü A. Rüstəmov və 1984-cü il təvəllüdlü K. Nəcəfov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Göygöl Rayon Mərkəzi Xəstəxanasının məlumatına görə, baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar olaraq 3 nəfər (kişi) Göygöl Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicələri davam etdirilir, vəziyyətləri orta ağır qiymətləndirilir.
Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Stopnarkotik.az