İranın məhkəmə hakimiyyətinin rəhbəri Qulamhüseyn Möhsəni-Ejei Tehrana endirilən hava zərbəsi nəticəsində öldürülüb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə “Əl Hadas” telekanalı məlumat yayıb.
İran rəsmiləri tərəfindən hadisə hələlik rəsmi təsdiq olunmayıb.
Qeyd edək ki, Qulamhüseyn Möhsəni-Ejei 2021-ci ilin yayında İslam Respublikasının məhkəmə sisteminin rəhbəri təyin edilib. Onun 69 yaşı var. 2005-ci ildən 2009-cu ilə qədər ölkənin Kəşfiyyat və Milli Təhlükəsizlik naziri vəzifəsində çalışıb.