“Hansı təzyiq olur-olsun, Britaniya müharibəyə qoşulmayacaq” – Londondan Trampa cavab gecikmədi

Böyük Britaniya hökuməti ölkənin mümkün müharibəyə cəlb olunması ilə bağlı mövqeyini açıqlayıb. Rəsmi açıqlamada vurğulanıb ki, “hansı təzyiq olursa-olsun”, milli maraqlar prioritet olacaq və Britaniya müharibəyə qoşulmayacaq.

Bundan əvvəl ABŞ Prezidenti Donald Trump “The Telegraph” nəşrinə müsahibəsində Vaşinqtonun NATO-dan çıxmasını ciddi şəkildə nəzərdən keçirdiyini bildirib. Tramp bu mövqeyi müttəfiqlərin ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarına dəstək verməməsi ilə əsaslandırıb.

ABŞ Prezidenti NATO-nu “kağız pələng” adlandıraraq bildirib ki, alyansdan çıxmaq məsələsi artıq “yenidən baxılacaq mövzu deyil”. Onun bu açıqlaması Qərb daxilində ciddi müzakirələrə səbəb olub və transatlantik münasibətlərdə gərginliyin artdığına işarə kimi qiymətləndirilir./azpolitika.info