Qaxda 1 tondan artıq çətənə kolu məhv edildi

Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2026” şərti adlı kompleks tədbirlər nəticəsində Qındırğa kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

Bu barədə Stopnarkotik.az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, ümumi çəkisi 1 ton 250 kiloqram olan 2563 ədəd çətənə kolu məhv edilib.