Azərbaycanda sürücüsüz idarə olunan avtomobillər üçün yeni qaydalar hazırlanır.
Stopnarkotik.az xəbər verir ki, mövzu ilə bağlı "Xəzər TV"yə danışan nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyib ki, hazırda belə avtomobillərin istismarı qaydalarının tənzimlənməsi ilə bağlı qanunverici orqanlarda müzakirələr aparılır.
Ekspertin sözlərinə görə, avtonom nəqliyyat vasitələri hazırda dünyanın bir çox ölkəsində geniş yayılıb. Belə nəqliyyat vasitələrində naviqasiya sisteminə müvafiq ünvanı daxil etmək kifayətdir ki, avtomobil sərnişini təyin olunmuş ünvana təhlükəsiz şəkildə çatdırsın.
Elməddin Muradlı həmçinin onu da vurğuladı ki, avtonom nəqliyyat vasitələrinin hərəkəti üçün tətbiq olunacaq qaydaları hazırlayarkən risklər də nəzərə alınmalıdır.